AZ EN RU

Ali Məhkəmədə Mülki kollegiyanın hakimləri ilə Notariat Palatası və Ədliyyə Nazirliyinin Notariat idarəsinin rəhbərliyi arasında görüş keçirilib

Ali Məhkəmənin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə ölkəmizin vərəsəlik hüququ ilə bağlı yeni dövrə keçidini şərtləndirmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarında əks olunmuş hüquqi mövqelər müzakirə edilib.

Tədbirdə xüsusilə, bu hüquqi mövqelərin vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi sahəsində notariat orqanlarının fəaliyyətinə və məhkəmə təcrübəsinə təsiri, təcrübənin vahidliyinin təmin edəcək yeni yanaşmalar, habelə aidiyyəti qanunvericilik aktlarının təkmilləşdirilməsi və vətəndaşların maarifləndirilməsi ilə bağlı həyata keçirilməsi zəruri olan tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin bu sahədə müvafiq tənzimləmənin həyata keçirilməsində üzə çıxacaq çətinliklərin operativ həlli məqsədilə qarşılıqlı dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub.

Nəşr edilib : 20.02.2024 10:45