AZ EN RU

Ali Məclisin tarixi qərarından 33 il ötür

14 mart 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında SSRİ-nin saxlanmasına dair 17 mart 1991-ci il tarixə təyin olunan Ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi barədə qərar qəbul edilib. 

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclis tərəfindən qəbul edilən bu tarixi qərar Azərbaycanın, xalqımızın müstəqillik və azadlıq yolunda mühüm hadisələrdən biri, vətənpərvərlik nümunəsidir. İmperiya mərkəzinə bağlı və müstəmləkə təfəkküründən qurtula bilməyən o zamankı Azərbaycanın kommunist rəhbərliyinin Azərbaycanın yenidən Sovetlər imperiyasının tərkibində saxlanılmasına hüquqi don geyindirmək cəhdlərinə qarşı qəbul edilmiş bu qərar müstəqilliyin bərpasında, xalqın oyanışında mühüm rol oynayıb.

Nəşr edilib : 14.03.2024 10:36