AZ EN RU

Ali Məclisin plenar iclasında 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirələr davam edir

Mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

İclasın gündəliyinə 2 məsələ - “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”  Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (ikinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (ikinci oxunuş) daxil edilib.

Ali Məclisin sədr müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, qanun layihəsi 22 may 2024-cü il tarixdə birinci oxunuşda müzakirə edilib, söylənilmiş təklif və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilib, Ali Məclisin qərarı ilə birinci oxunuşda qəbul olunub. Layihənin birinci oxunuşunda verilmiş təkliflərə Ali Məclisin Hüquq siyasəti komitəsi tərəfindən baxılıb, müzakirənin nəticəsi olaraq layihənin yenilənmiş variantda ikinci oxunuş üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb.

Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar məlumat verib və təmsil etdiyi komitənin rəyini bildirib.

Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihəsi ilə bağlı müvafiq qurumların rəy və təkliflərini diqqətə çatdırıb, qanuna dəyişiklikər barədə məlumat verib.

Sonra “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”  Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəlikdə duran ikinci məsələnin - “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Ali Məclisin sədr müavini qeyd edib ki, qanun layihəsi 22 may 2024-cü il tarixdə birinci oxunuşda müzakirə edilib, söylənilmiş təklif və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilib, Ali Məclisin protokol qaydasında qərarı ilə birinci oxunuşda qəbul olunub. Layihənin birinci oxunuşunda verilmiş təkliflərə Ali Məclisin İqtisadi siyasət komitəsi tərəfindən baxılıb, müzakirənin nəticəsi olaraq layihənin ikinci oxunuş üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb.

Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb.

Ardınca qanun səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Ali Məclisin iclası başa çatıb.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 24.05.2024 12:46