AZ EN RU

Ali Məclisin Mətbuat xidmətinin məlumatı

Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

Sessiyanın ilk plenar iclasında Ali Məclisin yaz sessiyası üçün qanunvericilik işləri planının təsdiq edilməsi, İntizam və Hesablayıcı komissiyalarının yenidən yaradılması nəzərdə tutulur.

Ali Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edəcək.

Nəşr edilib : 29.01.2024 15:01