AZ EN RU

Ali Məclisin deputatı 1-ci Əl-Baraka İslam Zirvəsində iştirak edir

Mayın 24-dən başlayan və  2 gün davam edəcək İslam iqtisadiyyatının qlobal miqyasda gələcəyi və ən son yeniliklərin müzakirə edildiyi 1-ci Əl-Baraka İslam Zirvəsi İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində öz işinə başlayıb. 75 ölkənin iştirakı ilə keçirilən sammitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da iştirak edir. Sammit İslam iqtisadiyyatındakı əsas mövzuları, tendensiyaları və imkanları müzakirə etmək, davamlı inkişafı və innovasiyaları təşviq etmək üçün ekspertləri, alimləri, qərar qəbul edənləri və sənaye liderlərini bir araya gətirir. Dünyanın müxtəlif İslam ölkələrindən olan natiqlər sammitdə öz regionlarının perspektivlərini təqdim edəcək və müasir qlobal iqtisadiyyatda İslam maliyyəsinin rolu ilə bağlı hərtərəfli fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, sammitdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Nəşr edilib : 24.05.2024 19:37