AZ EN RU

Ali Baş Komandan: Bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk

Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaq.

Bu sözləri iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı bir daha xatırladıb ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.

Nəşr edilib : 23.06.2023 16:18