AZ EN RU

Aktivlərin verilməsi nəzərdə tutulub

Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanan memoranduma əsasən 2023-cü ildə 50 ailəyə özünüməşğulluq proqramı çərçivəsində aktivlərin verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bugün “Naxçıvanbank” ASC tərəfindən Şahbuz rayon Keçili kənd sakini Məmmədov Barat Famil oğlu kiçik dəmirçi sexi zərfi üzrə aktivlərlə təmin olunub. Artıq respublikanın müxtəlif regionlarında yaşayan 3 ailə proqrama daxil olan zərflər toplusuna aid aktivlərlə təmin edilib. Proqrama cəlb ediləcək vətəndaşlar arasında şəhid ailəsi üzvləri, müharibə əlili, müharibə veteranı və s. qruplar üstünlük təşkil edir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.09.2023 18:19