AZ EN RU

Aksız markasız siqaretlər aşkar olunub

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikasının aksız markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 

 

Nəşr edilib : 20.04.2024 15:06