AZ EN RU

Aksiya keçirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı ədalətsiz mövqeyi və qəbul etdiyi qərarlar dünyanın hər yerində, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın ciddi etirazına səbəb  Bir sıra gürcü siyasətçiləri AŞPA-nın bu qərarını ciddi tənqid ediblər.

Gürcüstanda yaşayan soydaşlarımız da özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının müdafiəçisi hesab edən AŞPA-ya öz etirazlarını bildiriblər.

“Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə soydaşlarımız Avropa İttifaqının (Aİ) Tbilisi ofisinin önündə “Ayrı-seçkiliyə və ikili standartlara son!”, “Xocalıya ədalət!” tələbləri ilə aksiya keçiriblər.

Aksiyada “Erməni terroruna son!”, “Ekoloji terrora son!” və digər şüarlar səsəndirilib.

Nəşr edilib : 29.01.2024 09:28