AZ EN RU

Akademiyada “Əbədiyaşar lider” elmi konfransı keçirilib

Dahi lider, siyasi düha Heydər Əliyevin xatirəsi Azərbyacan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində anılıb.

Konfransda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizə xidmət edən həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışıblar. Vurğulanıb ki, Ümummilli Liderin böyüklüyünün nümunəsi olan həmin məqamlar  bu gün daha dərindən dərk olunur. “Heydər Əliyev İli” çərçivəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən də bu səpgidə kitablar, monaqrafiyalar  və bir çox digər elmi məqalələr hazırlanır.

qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoyan böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşüb. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Nəşr edilib : 12.12.2023 23:02