AZ EN RU

Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin sinif otaqlarına şəhidlərin adları verilib

Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Birinci Qarabağ müharibəsi şəhidləri Hüseynov Aqil Məmməd oğlu, Qurbanov Əli Murtuz oğlu, Qədimov Famil Hüseyn oğlu və İkinci Qarabağ müharibəsi şəhidləri Həsənov Elməddin Elşən oğlu, Məmmədov Zaman Habil oğlu, Tağıyev Azər Kamil oğlu və Eyvazov Vüqar Eyvaz oğlunun adlarının əbədiləşdirilməsi məqsədilə onların adları Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin sinif otaqlarına verilib.
Sinif otaqlarının qapısı üzərində şəhidlərin adı yazılmış lövhə yerləşdirilib, otaqda onların həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.

Nəşr edilib : 09.04.2024 10:19