AZ EN RU

Akademik İsa Həbibbəyli: Çalışacağıq ki, dövlətimizin dəstəyi ilə dünya elminin nailiyyətlərini ölkəmizə gətirək

Məsuliyyətli bir dövrdə AMEA-nın prezidenti kimi bir vəzifəyə göstərdiyi yüksək etimada görə dövlətimizin başçısına minnətdaram.

Bunu AMEA-nın yeni seçilən prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib. “Qarşımızda AMEA-nın nüfuzunu bərpa etmək, onun yenidən təşkilatlanmasını həyata keçirtmək və AMEA-nın dünya elminə inteqrasiyasını həyata keçirtmək kimi mühüm vəzifələr durur. Çalışacağıq ki, dövlətimizin dəstəyi ilə Azərbaycan elmini, elm və təhsil sahəsində inteqrasiyanı inkişaf etdirək, dünya elminin nailiyyətlərini ölkəmizə gətirək və dünya elminə ölkəmizin töhfə verməsini təmin edək”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Nəşr edilib : 25.10.2022 15:34