AZ EN RU

“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində Qasımovlar ailəsi ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə 2023-cü il 24 avqust tarixdə Babək rayon Qahab kəndində yaşayan uzunömürlü nümunəvi – evliliklərinin 50 illiyi tamam olan Qasımovlar  ailəsində tədbir keçirilib.
Tədbiri açılış nitqi ilə  Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini– dini qurumlarla işin təşkilatçısı Asif Hacıyev açaraq tədbirin əhəmiyyətindən danışıb.
 Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri  Könül Babayeva qeyd edib ki, nümunəvi uzunömürlü ailə ilə görüşün keçirilməsi “Ailələrimizi tanıyaq” layihəsinin icrası ilə bağlıdır. K.Babayeva layihənin mahiyyətindən bəhs edərək yeniyetmə və gənclərin iştirakı ilə ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də uzunömürlü, nümunəvi ailələrin evlilik təcrübələrindən yararlanmaq hər zaman önəmli rol oynayıb. Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdən başlayaraq, Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Prezident İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Vurğulayıb ki, Azərbaycan ailəsinin əsas bünövrəsi sayılan qadınlarımız tarix boyu minbir əzablara qatlaşaraq ailəsini qorumağa, çalışıblar. Ailədə kişi də, qadın da öz yerini tanımış, tarixən yaranıb formalaşmış adət və ənənələrə hörmətlə yanaşılmışdır. Xalqımızın tarixən qoruyub hifz etdiyi əxlaqi sərvət və normalar, ən ülvi nümunələr  ailə dəyərləri, adət -ənənələr gələcək nəsillərə ötürülməkdədir.
Sonda “Ailələrimizi tanıyaq” layihəsinin iştirakçısı olan uzunömürlü nümunəvi - evliliklərinin 50 illiyi tamam olan Qasım Qasımov  və ömür-gün yoldaşı Züleyxa Qasımova  öz həyatlarından, ailələrindən, əmək fəaliyyətlərindən və   övladlarından danışarkən qeyd ediblər ki, ailənin uzunömürlü olmasının ailədaxilində olan münasibətin qarşılıqılı hörmət , səbr və təmkinli olmaq və sevgiyə dayanaraq daha da mökhəm olması vacib şərtlərdəndir. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.  Tədbir fəal gənclər ilə diskussiya xarakterli, səmimi söhbətlə davam edib.

Naxçıvan Muxtar Respublikasının Ailə,

Qadın və Uşaq Problemləri üzrə Dövlət

Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 24.08.2023 16:39