AZ EN RU

“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində görüş

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə Culfa şəhərində yaşayan uzunömürlü, evliliklərinin 50 illiyi tamam olan nümunəvi Bağırovlar ailəsində görüş keçirilib. Görüşdə Culfa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi – Mədinə Əlisoy çıxış edib.
    Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva “Ailələrimizi tanıyaq” layihəsinin mahiyyətindən bəhs edib.     
    Görüşdə uzunömürlü evliliklərinin 50 illiyi tamam olan nümunəvi ailənin başçısı Muxtar Bağırov  və ömür-gün yoldaşı Südabə Bağırova  öz həyatlarından, ailələrindən, əmək fəaliyyətlərindən və  ailənin uzunömürlü olmasından danışıb, göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.
    Tədbir fəal gənclər ilə diskussiya xarakterli, səmimi söhbətlə davam edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti
 

Nəşr edilib : 14.07.2023 19:15