AZ EN RU

“Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək

Noyabrın 4-5-6-sı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək. Festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan ailə təsərrüfatı sahiblərinin bərəkətli torpaqlarımızda ərsəyə gətirdiyi məhsulları əldə edəcək, əl işlərinin sərgi-satışı ilə tanış olacaqsınız. Festival çərçivəsində“ Aktiv ailə təsərrüfatı” nominasiyası üzrə müsabiqə təşkil ediləcək, qaliblərə diplomlar təqdim olunacaq. Festival zamanı mədəniyyət və incəsənət ustalarımızın ifa etdikləri konsert proqramı sizdə xoş ovqat yaradacaq. 

Əziz naxçıvanlılar və şəhərimizin qonaqları, sizi “Ailə təsərrüfatı məhsulları” festivalında yaxından iştirak etməyə dəvət edirik!.

Nəşr edilib : 25.10.2022 16:30