AZ EN RU

Ailə təsərrüfatçıları və sahibkarlarla maarifləndirici görüş keçirilib

    Qaraxanbəyli Kənd Mərkəzində ailə təsərrüfatçıları və sahibkarlarla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə icra planına uyğun sahibkarlıq subyektlərinin dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri, qablaşdırma və tara, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı üzrə müxtəlif təyinatlı müəssisələrin yaradılmasının təşviqi məqsədilə görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İqbal Allahverdiyev açaraq görüşün əhəmiyyətindən danışıb.
    Maarifləndirici görüşdə çıxış edənlər bildirib ki, ailə təsərrüfatı modeli ölkəmizin bütün bölgələrində olduğu kimi, muxtar respublikamızda da əhali məşğulluğunun ən geniş yayılmış formalarından biridir. İqtisadi məşğuliyyət sahəsi kimi ailə təsərrüfatlarının bir çox müsbət tərəfləri var. Bu sahədə görülən tədbirlərin davamı olaraq ailə təsərrüfatlarına zəruri dövlət maliyyə dəstəyi göstərilir, güzəştli kreditlər ayrılır. 
    Vurğulanıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” təsdiq edilib. Həmin Təfsilatlı Tədbirlər Planında sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi, Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların digər bazarlara ixracını təşviq etmək məqsədilə logistik dəstək verilməsi və sair məsələlər öz əksini tapıb. 
    Çıxış edənlər Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan məsələlərin icra əhəmiyyəti barədə də danışıb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Nail ƏSGƏROV

Nəşr edilib : 14.12.2023 18:31