AZ EN RU

Aidə Cəlilzadə: bugünkü növbədənkənar sessiyanı mahiyyət etibarilə məhsuldar hesab edirik

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə: – Bu gün növbəti növbədən kənar sessiya keçirildi. Sessiyanın gedişində  Naxçıvan Muxtar Respublikası qanunvericiliyinin Azərbaycan Respublikası qanunvericiliyi ilə təzad təşkil edən və yaxud əlavəyə ehtiyacı olan qanunlara yeniliklər əlavə olundu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə, hesabatlarla bağlı müzakirələr keçirildi, deputatların sualları cavablandırıldı. Digər mühüm məsələ o idi ki komitələrin yeni tərkibdə həm say olaraq, həm də komitə tərkiblərində say  olaraq yeni dəyişikliklər edildi. Belə ki əvvəl Ali Məclisin nəzdində 6 komitə fəaliyyət göstərirdisə, yeni dəyişikliyə əsasən hüquq, iqtisadi, sosial və humanitar siyasət komitələri olmaqla hər komitə minimum 10 deputatdan ibarət olmaqla 4 sayda komitəyə endirildi. Deputatların  etik davranış kodeksinin qanunvericiliyə uyğun  müyyənləşdirilməsi baxımdan da qanunvericilikdə yeniliklərin qəbul edilməsi və müzakirəyə çıxarılması məsələlərinə toxunuldu.  Mahiyyət etibarilə bugünkü növbədənkənar sessiyanı məhsuldar hesab edirik və bütün deputatların fəaliyyətində uğurlar arzu edirik. Yekunda isə Ali Məclis Sədrinin əvəzedicisi, birinci müavini tərəfindən ölkəmizdə baş verən mövcud siyasi proseslərə münasibət  bildirildi. Laçın yolunun bağlanması və Ermənistanın növbəti təxribatları ilə bağlı müraciəti qəbul olundu və istər qanuni, istərsə də ictimai, humanitar səviyyədə  ölkə siyasətinə dəstək olmaq məqsədilə bütün muxtar respublika ictimaiyyətini aktiv fəaliyyətə keçməyə səsləndi.

Nəşr edilib : 01.08.2023 15:43