AZ EN RU

Aidə Cəlilzadə Avropa Şurasında Komitənin 1-ci vitse-prezidenti seçilib

Azərbaycan nümayəndə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin prorektoru Aidə Cəlilzadə Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin 1-ci vitse-prezidenti seçilib.

Bu barədə məlumatı Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov öz sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Aidə Cəlilzadənin namizədliyi 45-ci sessiyada Europen Conservative and Reformist (ECR) siyasi partiya qrupu tərəfindən irəli sürülüb. 

Nəşr edilib : 24.10.2023 11:20