AZ EN RU

Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək

Avropa İttifaqı Şurası öz ərazisində Rusiyanın dörd media resursuna girişi qadağan edib.

"Şərq qapısı" xəbər verir ki, məhdudiyyətlər 2024-cü il iyunun 25-dən qüvvəyə minəcək. Burada RİA Novosti agentliyindən, Voice of Europe xəbər portalından, “Rossiyskaya qazeta” və “İzvestiya” qəzetlərindən söhbət gedir.

Avropa İttifaqı onların yayımlarını hələ may ayının ortalarından dayandırıb. Buna baxmayaraq qərarın media qurumlarının əməkdaşlarının ittifaq ərazisində araşdırma və müsahibələr aparmaq kimi yayımdan kənar fəaliyyətlər həyata keçirməsinə mane olmayacağı bildirilib.

Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova isə öz növbəsində Rusiya mediasına qarşı yönələn tədbirlərin Moskvanın sərt reaksiyası ilə üzləşəcəyini vurğulayıb.

Nəşr edilib : 24.06.2024 15:11