AZ EN RU

Ahıllara bayram hədiyyəsi verilib

“31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “ Yeni il” bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şahbuz rayon Ahıllar Evində  bayram tədbiri keçirilib.
Keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Maliyyə-təsərrüfat və kargüzarlıq şöbəsinin müdiri Vüsalə Vəliyeva çıxış etmişdir.
Vüsalə Vəliyeva öz çıxışında  ölkəmizdə yaşlılara göstərilən diqqət və qayğıdan bəhs edib. Ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat şəraitinin təmin edilməsi Azərbaycan dövlətinin daim diqqətindədir.Müstəqil Azərbaycanda ahıllarla bağlı dövlət siyasəti ümummilli lider Heydər Əliyevin ahıl insanların sosial müdafiəsinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı əsasında formalaşıb.Bu gün həmin siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Daha sonra Komitə tərəfindən 5 nəfər ahıla bayram hədiyyələri təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 01.01.2024 12:29