AZ EN RU

AHİK sədrinin müavini “Naxçıvan şəhid ailələri” İctimai Birliyinin üzvlərini qəbul edib

Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev  “Naxçıvan şəhid ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov və təşkilati şöbənin rəisi Əsəd Ələkbərovu qəbul edib. 
Şura sədri şəhidlərin doğmalarına dərin hüznlə başsağlığı verərək şəhidlərə Allahdan rəhmət diləyib.
AHİK sədrinin müavini bildirib ki, dövlət siyasətinin davamı olaraq şəhid ailələri və qazilərimiz daim diqqət mərkəzində saxlanılır. Onlarla görüşlər təşkil edilir, sosial qayğıları yerində öyrənilir, həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. 
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən keçirilən layihələrdə şəhid ailə üzvləri və qazilərin iştirakının təmin olunması istiqamətində bundan sonra da işlər davam etdiriləcək.
Görüşdə qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı 31 yanvar-1 fevral, 5-6 və 13-14 fevral tarixlərində ümumilikdə 150 nəfər şəhid ailəsinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunacaq. 

“Naxçıvan şəhid ailələri” İctimai Birliyin sədri Mais Gülməmmədov və təşkilati şöbənin rəisi Əsəd Ələkbərov dövlətin şəhidlərə, şəhid ailələrinə və qazilərə göstərdiyi dəstəyə görə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 30.01.2024 16:20