AZ EN RU

AHİK sədri Səttar Möhbalıyev və nümayəndə heyəti Naxçıvan şəhərində səfərdədirlər

Noyabrın 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyev və nümayəndə heyəti Naxçıvan şəhərinə səfər ediblər.
Səfər Azərbaycan Həmkarlar İttifaqları Komitəsinin sədri Səttar Möhbalıyev, onu müşayiət edən şəxslər və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsinin ziyarət edilməsi ilə başlayıb. Qeyd edək ki, 3 gün davam edəcək səfər zamanı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının binasına, Şuranın balansına yeni alınmış “Duzdağ” hotelə, Duzdağ Fizioterapiya Mərkəzinə, “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, hazırda tikinti işləri davam edən Darıdağ arsenli su müalicə və istirahət kompleksi və Ağbulaq İstirahət Mərkəzinə baxış keçiriləcək.

Xəbərlər şöbəsi

Nəşr edilib : 01.11.2023 14:00