AZ EN RU

AHİK sədri Səttar Möhbalıyev Ordubad rayonuna səfər edib

Fevralın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət Vəkili Səttar Möhbalıyev, AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ulu öndərin Ordubad rayonunda yerləşən büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Ordubad rayonunda yerləşən və uzun illər istifadə edilmədiyindən yararsız vəziyyətə düşmüş mehmanxanaya baxış keçirilib.

Məlumat verilib ki, mehmanxana 1975-ci ildə istifadəyə verilib. Bir müddət işlədikdən sonra müxtəlif səbəblərdən fəaliyyəti dayandırılıb.
Vurğulanıb ki, gələcəkdə mehmanxana həmkarların balansına keçirildikdən sonra yenidən təmir edilərək müasir səviyyədə inşa olunacaq.

Qeyd edək ki, mehmanxananın təkcə Naxçıvanın deyil, bütün bölgənin əhəmiyyətli turizm obyektinə çevrilməsi planlaşdırılır.

Nəşr edilib : 02.02.2024 17:07