AZ EN RU

AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda səfərdədir

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan şəhərinə səfərə gəlib.
AHİK sədri Səttar Möhbalıyev, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, qarşısına əklil və gül dəstələri qoyaraq, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, bu gün Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyi ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Naxçıvanda 1200 aztəminatlı ailələrə ərzaq yardımı paylanılacaq.

Nəşr edilib : 10.05.2024 14:07