AZ EN RU

AHİK sədri Səttar Möhbalıyev Darıdağ sanatoriyası və istirahət kompleksinə baxış keçirib

Fevralın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət Vəkili Səttar Möhbalıyev və AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Darıdağ sanatoriyası və istirahət kompleksində olub, aparılan quruculuq işləri ilə tanış olublar.
Məlumat verilib ki, sanatoriya həmkarların balansına alındığı vaxtdan bu günədək tikinti və quruculuq işləri uğurla aparılaraq başa çatdırılıb. İstilik və elektrik xətləri quraşdırılıb, tunel genişləndirilərək üzəri bağlanılıb. Hazırda kompleksdə daxili və fasad divarların üzlənməsi işləri həyata keçirilir.
Qeyd edək ki, sanatoriyaya gedən yollarda da yenidənqurma işləri aparılıb, yol yatağı genişləndirilib.

Nəşr edilib : 02.02.2024 17:45