AZ EN RU

AHİK sədri “Naxçıvan Qaziləri” İctimai Birliyində olub

Martın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev və  Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Naxçıvan Qaziləri” İctimai Birliyində qazilərlə görüş keçiriblər.
Görüşdə AHİK sədri çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, xüsusilə Azərbaycan əsgərinə, döyüşlərdə öz canını fəda edən şəhidlərimizə və qazilərimizə borcluyuq.
Vurğulanıb ki, illər keçsə də, xalqımız öz şəhidlərini heç vaxt unutmayacaq, onların əziz xatirələrini hər zaman dərin ehtiramla yad edəcək.
Daha sonra “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə olan diqqət və qayğıdan söz açaraq AHİK sədrinin qazilərlə görüşünün qürurverici hal olduğunu vurğulayıb.
Görüşdə Milli Məclisin deputatı qazilərlə səmimi söhbət aparıb, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.
Qazilər dövlətimiz tərəfindən göstərilən diqqətdən razılıqlarını bildiriblər. 
Daha sonra “Naxçıvan Qaziləri” İctimai Birliyində şəhidlərimizin qəhrəmanlıq yolundan bəhs edən guşəyə baxış olub, qazilərlə birgə xatirə şəkili çəkdirilib.
Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Şura tərəfindən  muxtar respublikada yaşayan 119 qazi ailəsinə ərzaq yardımı paylanılıb.

Nəşr edilib : 14.03.2024 15:38