AZ EN RU

AHİK müsabiqə qaliblərini mükafatlandırıb

Mayın 14-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında AHİK tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi!” devizi ilə keçirilən respublika müsabiqəsi qaliblərinin mükafatlandırılma tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev  çıxış edərək bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi!” devizi ilə keçirilən respublika müsabiqəsinin qaliblərini mükafatlandırıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasını təmsil edən “LG Konserv” və “LG PET PREFORM” MMC də qaliblər sırasında yer alıb.  Şura sədri müsabiqənin qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə təbrik edib, gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Sahibkarlıq İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Teymur Rzayev çıxış edərək işçilərin normal iş şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsinə ciddi nəzarət edildiyini və bu istiqamətdə davamlı tədbirlərin həyata keçiriləcəyini bildirib və tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.
Daha sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev qaliblərə müsabiqənin Fəxri diplomunu və pul mükafatını təqdim edib.
Sonda “LG Konserv” və “LG PET PREFORM” Məhdud Məsuliyyətli cəmiyyətlərinin direktorları çıxış edərək göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu müsabiqədə iştirak etmək üçün AHİK-in müsabiqə komissiyasına 2560-dan artıq müəssisə, təşkilat,  sex və  sahədən 291-nin sənədi daxil olub. Onlardan 67-si AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə qalib elan olunub.

Nəşr edilib : 14.05.2024 13:48