AZ EN RU

Agentliyin İdarə Heyətinin sədri Babək rayonunda vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fəaliyyətinə nəzarət və rəhbərlik etdiyi dövlət orqanlarının (qurumlarının) 2024-cü ildə muxtar respublikanın rayonları üzrə keçirəcəyi vətəndaş qəbulunun Qrafikinə əsasən iyunun 13-də Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov tərəfindən Babək rayonunda vətəndaş qəbulu keçirilib.

Əvvəlcə Agentliyin İdarə Heyətinin sədri Elnur İbrahimov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Babək şəhərində ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstünün və Şəhidlər Memorial Abidə Kompleksinin önünə gül dəstələri düzərək, onların əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Qəbul zamanı müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Agentliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

Nəşr edilib : 13.06.2024 16:16