AZ EN RU

Agentlik: Təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məsələ aidiyyəti qurumların nəzarətindədir

Ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, məsələ aidiyyəti qurumların nəzarətindədir: “Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq”.

Nəşr edilib : 12.03.2024 11:32