AZ EN RU

Agentlik rəhbəri 4-cü sinfi bitirən şagirdlər üçün "Son zəng" keçirilməsi məsələsinə münasibət bildirib

4-cü sinfi bitirən şagirdlər üçün "Son zəng" keçirilməsi valideynlərin təşəbbüsü ola bilər.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, Agentlik məktəblərə belə tapşırıq verməyib:

"4-cü siniflərin "Son zəng" keçirməsi valideynlərin təşəbbüsü ola bilər. Məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik”.

Nəşr edilib : 18.04.2024 13:55