AZ EN RU

Ağdamda mina partlayışı olub, iki nəfər xəsarət alıb - YENİLƏNİB

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu Bərdə rayon Mərkəzi Xəstəxanasına, 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu isə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, hadisə bu gün keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə qeydə alınıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Nəşr edilib : 12.04.2024 18:29