AZ EN RU

Ağdam Sənaye Parkında əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq

Ağdam Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, "Ağdağ" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq: “İnvestisiya dəyəri 15 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”.

Nəşr edilib : 04.03.2024 14:44