AZ EN RU

Ağbulaq İstirahət Mərkəzində yay məktəbi davam edir

Xüsusi kateqoriyadan olan uşaqlar üçün Ağbulaq İstirahət Mərkəzində keçirilən “Yay məktəbi"nin 2-ci günüdür. İstirahət və əyləncəsi təşkil olunan uşaqlar günə səhər gimnastikası ilə başlayıblar. Səhər yeməyinin ardından "Yay məktəbi"nin iştirakçıları üçün Ağbulaq kəndinə ekskursiya təşkil olunub. Uşaqların həvəslə iştirak etdiyi "Yay məktəbi" davam edir.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 29.06.2024 11:21