AZ EN RU

Ağbulaq İstirahət Mərkəzində təmir-bərpa işləri davam etdirilir - FOTOLAR

Şahbuz rayonu Ağbulaq kəndində yerləşən Ağbulaq İstirahət Mərkəzi və Ağbulaq Xizək Mərkəzində təmir bərpa işləri davam etdirilir. Artıq 2 aya yaxındır ki, Həmkarlar İttifaqları Şurası tərəfindən mərkəzdə yenidənqurma və əsaslı təmir-bərpa işləri aparılır.
Bu gün Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev mərkəzdə aparılan təmir-bərpa işləri ilə yaxından tanış olub.

Mərkəzin əsas infrastrukturu olan Kanat xəttinin təkmilləşdirilməsi üçün xaricdən mütəxəssislər dəvət olunub.  Kanat yolunun uzunluğu 980 metr, başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi isə 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olmaqla 59 oturacaq var. 
Qeyd edək ki, 24 iyun 2023-cü il tarixdən etibarən Ağbulaq İstirahət Mərkəzi və Ağbulaq Xizək Mərkəzi Həmkarlar İttifaqları Şurası tərəfindən satın alınıb. Həmin tarixdən etibarən mərkəzdə yaşıllaşdırma və əsaslı bərpa işləri aparılır.

Nəşr edilib : 02.08.2023 17:42