AZ EN RU

Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar xüsusi kateqoriyadan olan uşaqlar üçün təşkil olunan "Yay məktəbi" davam edir

Burada xüsusi kateqoriyadan olan uşaqların istirahət və  əyləncəsinin təşkili ilə yanaşı onların maariflənməsinə də xüsusi diqqət yetirilir. Belə ki, "Yay məktəbi" çərçivəsində uşaq hüquqları ilə bağlı seminar keçirilib. Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva ölkəmizdə uşaq hüquqlarının qorunmasından, muxtar respublikamızda həyata keçirilən dövlət uşaq siyasətindən, Komitə tərəfindən bu istiqamətdə aparılan maarifləndirmə işlərindən danışıb. Seminarın sonunda uşaqları maraqlandıran suallar cavablandırılıb, müvafiq mövzuda hazırlanmış broşürlar seminar iştirakçılarına paylanılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 29.06.2024 15:26