AZ EN RU

Ağbulaq İstirahət Mərkəzində “COP29”-a həsr olunan “SDG kamp” ekoloji düşərgəsi yekunlaşıb

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində “COP29”-a həsr olunan “SDG HYPERLINK "https://www.facebook.com/hashtag/sdgkamp?__eep__=6&__cft__%5b0%5d=AZWEvkiuM1mbZ1Gu9p0DsUqrVfXdD_O9wbx1IHAO0leVWgzDnb4cThgp1pYPoy8CiWEhGUoml_mxQ3aSS9Ak7kXoxiJyNx1l9zyncJlsoSwNyU49QJwRPhCjVf_li36tTkGCaLtp0YUYqNXLWjDIHs60pKfswibijZjHt8HAxTlzLjEsKBbfyt0yUjlq3IO5c_aMQNBHT6EgDIRvgKpeUnMX&__tn__=*NK-R"kamp” ekoloji düşərgəsi təşkil edilib.

Düşərgənin son günü Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin tələbələrinin hazırladığı konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb.

Sonra universitetinin təlimçiləri tərəfindən “Karbon ayaqizi”, “Dayanıqlı inkişaf məqsədləri nədir?”, “Sağlam yaşam”, “Ərazinin ekoloji qiymətləndirilməsi simuliyasiyası” və “Tullantıların idarə olunması” mövzularında təlimlər keçilib.

20-21 may tarixlərində həyata keçirilən ekoloji düşərgənin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Nəşr edilib : 21.05.2024 18:27