AZ EN RU

"Ağ çiçəyim” gül mağazasında baş verən yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.
Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun "28 May" stansiyası istiqamətdə avtomobillərin hərəkətinə də məhdudiyyət qoyulub. Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli küçələrindən istifadə etmələri tövsiyə olunur.

Nəşr edilib : 16.05.2024 00:40