AZ EN RU

ADY: "Lokomotivlərimiz planlı və yüksək keyfiyyətlə təmir edilir"

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) lokomotivlərin təmirini planlı və yüksək keyfiyyətlə həyata keçirir.

Bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

"Lokomotivlərimizi Yeni Gəncə Lokomotiv deposunda peşəkar mütəxəssislər ən yeni texnologiyalarla yoxlanyır və təmir edir. “Train Tracer” xüsusi proqramı vasitəsilə hərəkətdə olan lokomotivlər izlənilir, hər hansı nasazlıq aşkarlanarsa, lokomotivlər dərhal depo ərazisinə yönləndirilir. ADY təhlükəsizlik dəyərinə sadiq qalaraq sərnişinlərin və yüklərin mənzilbaşına təhlükəsiz çatdırılması üçün lokomotivlərin, qatarların planlaşdırılmış qrafik üzrə baxışını və təmirini həyata keçirir", - deyə məlumatda qeyd olunub.

Nəşr edilib : 25.07.2024 16:04