AZ EN RU

Adları açıqlanan itkin düşmüş şəxslərin bəzilərinin qalıqları ailələrinə təhvil veriləcək

Bu gün adları açıqlanan itkin düşmüş şəxslərin bəzilərinin qalıqlarının ailələrə verilməsi prosesini təşkil edəcəyik.

Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, dəfn prosesi ailələrin arzusuna uyğun olaraq həyata keçiriləcək.

Əvvəlcə Beyləqan rayonundakı 10 nəfər, Edilli, Daşaltı və Sarıcalı kəndində müəyyən olunmuş şəhidlərimiizin qalıqları ailələrinə təhvil veriləcək.

Nəşr edilib : 30.04.2024 12:31