AZ EN RU

ADA və “Naxçıvan” Universiteti arasında tələbə mübadiləsi proqramına START VERİLDİ

ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında tələbə mübadiləsi proqramına start verilib.

Bizim.Media xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Naxçıvan” Universitetinin “Kompüter mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Oğuz Məmmədov ADA Universitetində mübadilə proqramına cəlb olunub.  
Bununla əlaqədar olaraq “Naxçıvan” Universitetinin Tədris şöbəsinin müdiri Anar Abuzərli də ADA Universitetini ziyarət edib. 

Tələbə Oğuz Məmmədov ADA Universitetinin bütün resursları ilə (o cümlədən, yaşayış yeri, kitabxana, tədris mərkəzləri və s.) təmin edilib.  

Məlumat üçün bildirək ki, ADA Universiteti ölkə daxilində ilk dəfədir ki, yerli universitetlə tələbə mübadiləsi proqramı çərçivəsində əməkdaşlıq edir. Bu məqsədlə “Naxçıvan” Universitetinin seçilməsi ADA-nın Muxtar Respublikada təhsilin inkişafına verdiyi dəstəyin təzahürüdür.

Xatırladaq ki, “Naxçıvan” və ADA Universitetləri arasında əməkdaşlıq müqaviləsi 2 sentyabr 2023-cü il tarixində imzalanıb. İmzalanma mərasimində ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, Beynəlxalq Əlaqələr və Strateji İnkişaf üzrə prorektor Rza Məmmədov və digərləri iştirak ediblər.

Nəşr edilib : 13.09.2023 14:11