AZ EN RU

ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında tələbə mübadiləsi proqramı uğurla davam edir

ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında 2 sentyabr 2023-cü ildə imzalanan müqavilə çərçivəsində tələbə mübadiləsi davam edir. Əməkdaşlıq çərçivəsində “Naxçıvan” Universitetinin “Biznesin idarə edilməsi” ixtisası üzrə II kurs tələbəsi Elçin Məmmədli və “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbəsi Hafizə Muradova 2023-2024-cü tədris ilinin ikinci yarımilindən etibarən ADA Universitetində mübadilə proqramına cəlb olunublar.
Bununla əlaqədar olaraq “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov və Tədris şöbəsinin müdiri Anar Abuzərli ADA Universitetini ziyarət edib. Nümayəndə heyəti ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə ilə görüşüb.
Məlumat üçün bildirək ki, Tələbələrimiz- Elçin Məmmədli və Hafizə Muradova ADA Universitetinin bütün resursları ilə (o cümlədən, yaşayış yeri, kitabxana, tədris mərkəzləri və s.) təmin edilib. 
Xatırladaq ki, ADA Universiteti ilə mövcud əməkdaşlıq müqaviləsi çərçivəsində artıq “Naxçıvan” Universitetinin “Kompüter mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Oğuz Məmmədov 2023-2024-cü tədris ilinin birinci yarımilində sözügedən universitetdə mübadilə proqramına cəlb olunub və proqramı uğurla başa vurub.

Nəşr edilib : 22.01.2024 20:07