AZ EN RU

A.C.İsmayılovun Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və  5-ci maddəsinin  II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Abbas Cəlil oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilsin.

2. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Abbas Cəlil oğlu İsmayılova həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 8 dekabr 2023-cü il

Nəşr edilib : 08.12.2023 18:35