AZ EN RU

“Açıq qapı” günü keçirilib

   Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Babək Rayon Məhkəməsinin inzibati binasında növbəti “Açıq qapı” günü keçirilib.Vətəndaşlara hüquqi yardımların göstərilməsi məqsədilə keçirilən tədbir müraciət edən şəxslərin maarifləndirilməsi və problemlərinin həll olunmasında  peşəkar dəstəyin göstərilməsinə xidmət edir. 
    Nazirliyin əməkdaşları tərəfindən müraciət edən vətəndaşların problemləri dinlənilib, onlara qanunamüvafiq məsləhətlər verilib və həlli mümkün olan məsələlərə dəstək göstərilib.
    Nazirlikdə təsdiq olunmuş Tədbirlər Planına əsasən “Açıq qapı” günlərinin davamlı olaraq keçirilməsi nəzərdə tutulmuşdur.   

Naxçıvan Muxtar Respublikası
   Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.02.2023 22:15