AZ EN RU

Açıq çempionat başa çatıb

    İlham Əliyev adına Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidi leytenant Nihat Seyidovun əziz xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında MMA qarışıq döyüş sənətləri üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. 
    Keçirilən açıq birincilikdə “Naxçıvan”, “Kəngərli”, “Levent” və “Turan” Döyüş klublarından, ümumilikdə, 80 idmançı iştirak edib. Birinciliyin yekun nəticəsinə əsasən 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında Nurəddin Əliyev (34 kiloqram, “Turan” Döyüş Klubu), Fərid Orucov (38 kiloqram, “Turan” Döyüş Klubu), Səid Abbaslı (42 kiloqram, “Turan” Döyüş Klubu), Oğuz Məmmədli (46 kiloqram, “Turan” Döyüş Klubu), Məhəmməd Məmmədov (50 kiloqram, Kəngərli) və Kənan Əhmədov (55 kiloqram, “Turan” Döyüş Klubu) qalib adını qazanıblar. 2010-2012-ci illər təvəllüdlü idmançılar arasında Onur Əliyev (30 kiloqram, “Turan” Döyüş Klubu), Əli Nəsrullayev (33 kiloqram, Kəngərli), Rəhim Quluzadə (36 kiloqram, “Turan” Döyüş Klubu), Nurəli Əsgərov (40 kiloqram, Kəngərli), Əbülfəz Cəfərov (44 kiloqram, “Turan” Döyüş Klubu), 2013-2014-cü illər təvəllüdlü idmançılar arasında isə Məhəmməd Qasımov (22 kiloqram, “Turan” Döyüş Klubu), Adəm Əsgərov (25 kiloqram, Kəngərli), Eldar Novruzov (28 kiloqram, “Turan” Döyüş Klubu) və Tunar Abdullayev (32 kiloqram, “Turan” Döyüş Klubu) hamıdan güclü olublar.
    Qalib idmançılar diplom və medalla təltif ediliblər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 28.06.2022 21:08