AZ EN RU

Açıq birincilik keçirilir

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyası tərəfindən təşkil edilən karate üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika açıq birinciliyi keçirilir.
    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində may ayının 5-dən başlayan, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən yarışda  yerli idmançılarla yanaşı, Bakı və Sumqayıt idmançıları da daxil olmaqla, ümumilikdə, 250-dən çox karateçi medallar uğrunda mübarizə aparır. 
    Olimpiya sistemi üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil edilən yarışda bu gün final döyüşləri keçiriləcək.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 06.05.2022 22:38