AZ EN RU

ABŞ səfiri Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

ABŞ-nın Azərbaycandakı səfiri Mark Libbi xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib.
Bu barədə səfirliyin “X” sosial şəbəkəsində məlumat paylaşılıb.
“Ramazan bayramı münasibətilə sizlərə ən xoş arzularımı və təbriklərimi çatdırıram. Qoy bu bayramı qeyd edən hər kəs dostluq, firavanlıq, cansağlığı və əmin-amanlıq içində yaşasın. Bayramınız mübarək!”, - paylaşımda qeyd edilib.

Nəşr edilib : 10.04.2024 18:12