AZ EN RU

ABŞ nümayəndələri Azərbaycanın mina problemi haqqında məlumatlandırılıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti Azərbaycanın mina problemi haqqında məlumatlandırılıb.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov agentliyin yaradılma tarixi, məqsəd və vəzifələri, işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə əməliyyatları, habelə ölkəmizdə mövcud mina probleminin miqyası və bu problemin yaratdığı fəsadlar barədə məlumat verib.

Humanitar minatəmizləmə sahəsində 25 illik təcrübəyə malik Agentliyin beynəlxalq əməkdaşlığı, bu istiqamətdə təcrübə mübadiləsinin aparılması, Ermənistan tərəfindən təqdim edilən mina sahələrinin formulyarlarının qeyri-dəqiqliyi, aşkar edilən tələ tipli partlayıcı qurğular barədə nümayəndə heyətinin sualları cavablandırılıb və onlara geniş məlumat təqdim edilib.

Nəşr edilib : 23.04.2024 18:15