AZ EN RU

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək.

Şərq qapısı ABŞ Dövlət Departamentinə istinadla xəbər verir ki, səfər iyunun 27-si başlayacaq. Səfər zamanı C.O`Braynın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycanın yüksəkvəzifəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Məlumatda bildirilir ki, görüşlər zamanı ABŞ-Azərbaycan ikitərəfli əlaqələrindəki irəliləyiş və Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşması istiqamətində ABŞ-ın dəstəyi müzakirə olunacaq.

Səfər zamanı Dövlət Departamenti rəsmisinin vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcəyi qeyd olunub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Nəşr edilib : 26.06.2024 18:52