AZ EN RU

Abbas İsmayılov: "Müvəkkil kredit təşkilatlarının sayı 4-ə çatdırılıb"

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamət müəyyən olunub. Naxçıvan Muxtar Respublikasında 2024-cü il üçün 4 əsas  istiqamət-aqrar sahə, turizm, nəqliyyat-logistika, yaşıl enerji, həmçinin sənaye, o cümlədən emal sənayesi və real sektorun digər sahələri əsas prioritetlərdəndir".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı  10-a yaxın bankın iştirakı ilə “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi” mövzusunda keçirilən konfransda Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov jurnalistlərə müsahibəsində deyib. O, bildirib ki, maliyyə əlçatanlığının təmin edilməsi məsədilə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti yenidən təşkil olunub, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Müşahidə Şurası yaradılıb, güzəştli kreditlərin real sektora yönləndirilməsinin təşviqi, kredit bazarı iştirakçıları ilə səmərəli və şəffaf əməkdaşlıq kimi hədəflər müəyyən edilib: Fond gələcəkdə maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək, Naxçıvanın iqtisadi artımına təsir edən layihələr dəstəklənəcəkdir. Bu günkü tədbir çərçivəsində daha bir bankla müvəkkil kredit təşkilatı kimi əməkdaşlıq müqaviləsi bağlanılıb, Bununla da müvəkkil kredit təşkilatlarının sayı 4-ə çatdırılıb".

Nəşr edilib : 26.07.2024 12:18