AZ EN RU

Abbas İsmayılov: "Hal-hazırda Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 52,5 milyon manat təşkil edir"

"Kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib, Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 yanvar 2024-cü il tarixə 16 milyon manata yaxın olmuşdursa, 2024-cü il 1 iyul tarixinə 10,1 milyon manat və ya 63,5 faiz azalaraq 5,8 milyon manata endirilib".
"Şərq qapısı" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, bunun nəticəsində fondun ehtiyatlarının qalıq məbləği 2,4 dəfə artaraq 6,7 milyon manatdan 16,1 milyon manata çatıb: "Cari ilin 6 ayında vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 dəfə çox olub. Eyni zamanda, hesabat dövrü ərzində fondun kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib. Hal-hazırda Fondun kredit portfeli 52,5 milyon manat təşkil edir".

Nəşr edilib : 26.07.2024 12:08